BİZİM TƏCRÜBƏ - SİZİN ƏMİNLİYİNİZ

1940

Gənc Alman Euald Hermes təzəlikcə ata olmuşdu. Bir çox körpədə olduğu kimi, onun da kiçik oğlu köpdən əziyyət çəkirdi. Bir əczaçı olaraq, Euald Hermes otların şəfaverici xüsusiyyətlərini yaxşı bilirdi. O öz körpəsinə (alman dilində - "Bübchen") qaymaqçiçəyi, anis, koriander, kimyon və bibərin qarışığından sakitləşdirici çay hazırladı. Və çay kömək etdi! Buna görə də tezliklə o, bu çayını öz aptekində də təqdim etməyə başladı. Nəticədə, daha çox analar Bübchen çayını almaq istədilər.

1947

Müharibədən sonra, Euald Hermes sakitləşdirici çayınının istehsalını bərpa etdi. Bundan əlavə, o, körpələrə qulluq üçün hazırladığı məhsulları apteklərdə satırdı. Şirkətini "Bübchen Verk Euald Hermes GmbH" adlandırdı - hansı ki, bizim şirkət hələ də bu adı daşıyır.

1967

Bübchen körpə məhsullarının effetkiv təsirinə olan tələbat daim artmaqda idi, beləliklə Delekdəki istehsal yerləri kifayət etmirdi. Şirkət Soestedə (Almaniya) yeni istehsal - inzibati binasına köçdü. Amma şirkətin təsisçisi olan Euald Hermes artıq bunu görməmişdir - o, 46 ​​yaşında bir avtomobil qəzasında vəfat etmişdir. Bundan sonra ailə biznesinə uşaq baxım məhsulları istehsalı proqramını əhəmiyyətli dərəcədə genişləndirən həyat yoldaşı başçılıq etdi.

1983

Bübchenin artıq uğurlu konsepsiyasının inkişafını davam etdirir. 1983-cü ildən Bübchen Nestlé Deutschland AG şirkətinə məxsusdur. Bubchen öz xəttinə sadiq qalır və yalnız körpələrin həssas cildinə qulluq üçün optimal şəkildə uyğun olan məhsullar istehsal etməyə davam edir.

1999

"Saç və bədən üçün Şampun ərik" məhsulu ilə Bübchen 1999-cu ilin noyabrından başlayaraq, 3 yaşdan böyük uşaqlar üçün yeni bir seriya istehsalına başladı. Bu məhsullarda qiymətli komponentlər "zövqlə" birləşir, yeni meyvə ətirli vasitələr başın yuyulmasını, duş qəbulu və krem çəkilməsini xüsusi bir həzzə çevirir. Eyni zamanda, valideynlər 3 yaşdan böyük uşaqlar üçün məhsullardakı təbii maddələrin uşaqlarının dəri və saçlarına dərindən qulluq etdiyinə əmin ola bilər.

2001

Hər il təxminən 40 milyon paket müəssisənin hüdudlarını tərk edir. Məhsulların çeşidi Alman bazarına və eləcə də ixracata verilən məhsulların hamısını əhatə edir. Çin, Koreya və Vyetnam kimi uzaq ölkələrdə belə bir çox analar Bübchen məhsullarını yüksək qiymətləndirdi. Tayvanda məhsullarımız artıq 20 ildən çox bir müddətdir ki, yüksək tələbatla davamlı olaraq qalır.

2004

2004-cü ilin oktyabr ayından etibarən Bübchen məhsulları yeni bir görünüş əldə etdi. Bütün məhsulların loqosu və qablaşdırma dizaynı dəyişdirildi. Eyni zamanda, əvvəlki kimi, bütün Bübchen məhsulları bir baxışda tanına bilir.

2005

Nəinki yalnız körpələrin həssas dərisinin təbii maddələrdən istifadə edilərək diqqətli qayğıya ehtiyacı var, artıq hamiləlik dövründən, anaların dərisi əlavə stress altındadır. 2005-ci ildən bəri Bübchen hamilə qadınlar və südverən anaların dərisi üçün nəzərdə tutulmuş bir məhsul seriyası istehsalına başlamışdır. Qızılgül yağı və digər qiymətli təbii aktiv maddələr dərinin təbii elastikliyini qoruyur və onu qurumadan qoruyur.

2006

Bübchen məhsulları 2006-cı ilin noyabr ayından etibarən yalnız oğlanlara deyil, qızlara də müraciət edib. Şirkət, qızlar üçün xüsusi yeni bir seriya buraxır - "Şəhzadə Rozalea”.

2008

"İlk günlərdən" seriyası yenidoğulmuşların həssas dərilərinin xüsusi ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş yeni Bübchen məhsul seriyasıdır. Bu seriyənin məhsulları ilk günlərdəki optimal etibarlılıq üçün çirkləri saxlamır və yenidoğulmuşların dəri baxımında xüsusilə zərif təsir göstərir.

2010

Bubchen aktiv maddələrin yeni bir - "BÜBCHEN - aktiv cildin qorunması" kompleksini hazırlamışdır ki, bu da dərinin qoruyucu funksiyasını əhəmiyyətli dərəcədə artırır. Bu kompleks dəridə lipidlərin tədarükünü əhəmiyyətli dərəcədə artıran, nəmləndirən və bununla yanaşı iltihab prosesinin inkişafına mane olan təbii maddələrin birləşməsidir. Nəticədə, təbii qoruyucu təbəqə güclənir - körpə dərisi etibarlı qorunur.

2011

Bübchen 50 illik yubileyini qeyd edir! Milyonlarla körpə, Bübchen məhsullarının köməyi ilə xarici dünyayla tanışlıqlarına başlayıb!

© 2019 Bübchen