İlk günlərdən dərinin qorunması və qulluğu

Gündəlik qayğı uşaq üçün niyə bu qədər vacibdir?

Uzun müddət bu anı gözləyirdiniz: nəhayət körpənizi əlinizə aldınız. Bütün günü onu qucaqlamaq, sığal çəkmək istəyirsiniz. Bu instiktiv və təbii impuls çox vacibdir, çünki körpələr ilk duyğularını dəri ilə alırlar. Buna görə gündəlik həssas sığallar uşağınızla olan bağlılığı artırmaqla yanaşı, həm də onlara güvən hissi verir.

 

Qoruyan toxunuşlar

 Masaj zamanı edilən zərif toxunuşlar uşağınıza xüsusi zövq verir. Masaj yalnız rahatladıcı təsirə malik deyil, həm də istilik, inam və sevgi üçün körpənin təbii tələbatını təmin edir. Yuxudan əvvəl yüngül bir masaj körpəni sakitləşdirir. Tez-tez sığallanan və nəvaziş göstərilən uşaqlar daha az stresə məruz qalır, ətraf dünyaya xüsusi maraq göstərirlər. Onlar, həmişə hiss edəcəkləri inam duyğusunu inkişaf etdirirlər.

 

Məsləhət:

Uşağınız üçün daimi rejimin nəqədər vacib olduğunu bilirsiniz mi? Körpəniz böyüyəndə belə onun yeməyinə və yatmağına nəzarət edin. Və həmişə gündəlik qayğı payını da yadınızda saxlayın.

 

Mütəxəssislər tövsiyə edir:

Körpəniz üçün daimi qayğı ilə yanaşı, incə və təhlükəsiz qulluq da vacibdir. Körpənin dərisi çox incə və həssasdır, buna görə xüsusi qulluğa ehtiyacı var. Akuşer və pediatrlar, alerji riskini minimuma endirən ən az sayıda komponentdən ibarət olan xüsusi Bübxen kosmetik məhsullarının istifadəsini məsləhət görürlər.

 

Tərkibində yoxdur:

• Boyalar

• Konservantlar

• Mineral yağlar (parafin)

• Dadlandırıcılar

• Efir yağlar

• PEG emulqatorlar

Siyahıya qayıt
© 2019 Bübchen